Xəzər Universitetinin “Dünya” məktəbi “Qarabağ - döyünən ürəyimiz!” aksiyası çərçivəsində cəbhə bölgəsində döyüşən əsgərlərimizə sovqat göndərib. Aksiya müddətində toplanan sovqatlara 100 ədəd isti papaq, 100 ədəd ikiqat əlcək, 320 ədəd yun corab, 100 ədəd iç geyim, tibbi ləvazimatlar – yod, pambıq, pereks, Levomekol mazı, bint, şaxtaya qarşı müxtəlif cür kremlər daxildir.
Oktyabrın 30-da cəbhə bölgəsinə yola salınan sovqatlara “Dünya” məktəbinin şagirdlərinin yazdıqları, əsgərlərə sevgi, istək və zəfər arzularını ifadə edən məktublar əlavə olunub.