Oktyabrın 14-də İqtisadiyyat və Menecment fakültəsində 2020-2021-ci tədris ilində tələbə adını qazanmış abituriyentlərlə tanışlıq görüşü keçirildi. Görüşdə Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, İqtisadiyyat və menecment fakültəsinin dekanı dosent Ceyhun Məmmədov, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, departamentin koordinatorları, müəllim heyəti və fakültə əməkdaşları iştirak edirdilər.
Rektor dosent İradə Xəlilova tələbələrə ən xoş arzularını bildirərək, universitet haqqında məlumat verdi. Dekan dosent Ceyhun Məmmədov tələbələri təbrik edərək, ixtisaslar və tədris proqramları barədə geniş məlumat verdi.
İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli universitet daxili nizam-intizam qaydalarını tələbələrin diqqətinə çatdırdı.
Eyni zamanda, İqtisadiyyat və menecment departamentinin koordinatorları Ahmed Bahadır Baysal və Asəm Məmmədov, departamentin proffessoru Fuat Rəsulov və müəllimi Qəhrəman Yusupov tələbələri təbrik edərək, onlara uğurlar arzuladılar.
Sonda fakültənin dekan assistenti Bahar İmanova tələbələrə dərs cədvəlini izah etdi, imtahan və nizam-intizam qaydalarını əks etdirən kitabçaları onlara təqdim elədi.