Oktyabrın 12-14-də Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanlığı əlaqədar departament rəhbərləri və müəllim heyəti ilə birlikdə universitetə qəbul olan tələbələrlə görüş təşkil etmişdir. Görüşdə 1-ci kurs tələbələrinə universitetin yaranma tarixi, təhsil sistemi, beynəlxalq əlaqələri və universitet daxili qaydalar haqqında məlumat verilmişdir.