Xəzər Universitetində oktyabrın 2-dən “Əsgərə Sovqat” - orduya və yaralı əsgərlərə humanitar yardım aksiyası başlanmışdır. Aksiyada universitetin və nəzdində fəaliyyət göstərən Sumqayıt “Dünya” məktəbinin kollektivləri, habelə Türkiyədə təhsil almış bir qrup azərbaycanlı məzunlar fəal iştirak edirlər. Aksiya çərçivəsində 560 əsgərə “Əsgər Sovqatı” göndərilmişdir.
Aksiya çərçivəsində universitet tələbələri və məktəb şagirdləri tərəfindən “Əsgərə məktub” adı altında məktublar da yazılmışdır.
Universitetdə “Əsgərə Sovqat” aksiyası davam edir.