Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin təşəbbüsü ilə yaradılmış “Qarabağ Azərbaycandır” - #KarabakhIsAzerbaijan adlı platformada Xəzər Universitetinin tələbələri də fəal iştirak edirlər.
Platformanın yaradılmasında məqsəd işğalçı ölkə Ermənistanın yaydığı yalan məlumatların qarşısını almaq, informasiya sahəsində düşmənə qarşı mübarizə aparmaq və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etməkdir.
Tələbələr işğalçı ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin, Qarabağ həqiqətlərinin sosial şəbəkələrdə müxtəlif dillərdə geniş auditoriyaya çatdırılmasında fəal iştirak edirlər. Platformanın üzvləri minlərlə tələbədən ibarətdir.
Mərkəzi Qətər Dövlətində olan “Əl-Cəzirə” televiziya kanalının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı reportajda #KarabakhIsAzerbaijan platformasının da fəaliyyəti işıqlandırılıb:
https://www.youtube.com/watch?v=xmTkZ8PTIGs&feature=youtu.be