2020-ci il sentyabrın 18-də Xəzər Universitetində UnİLab layihəsi çərçivəsində universitet əməkdaşları üçün MS Teams vasitəsilə virtual məlumatlandırıcı seminar keçirildi. Seminarın təşkilatçısı və UniLab layihəsinin üzvü olan Ülkər Bayramova layihənin məqsədləri, Xəzər Universiteti və Azərbaycan ali təhsili üçün rolu haqqında təqdimatla çıxış etdi. Bundan əlavə, məruzəçi UniLab layihəsi çərçivəsində sentyabrın 22-si və 23-də keçiriləcək, virtual təlimlərin formatı və məzmunundan bəhs etdi. Qeyd etdi ki, həmin təlimlərdə Xəzər Universitetinin fakültə üzvlərinin və tələbələrinin iştirakı nəzərdə tutulur.
Daha sonra,Unilab layihəsinin üzvü Fəxrəndə Əlimərdanova layihə haqqında, eyni zamanda, layihə çərçivəsində indiyə qədər görülmüş işlər haqqında geniş məlumat verdi.
Layihə haqqında verilən məlumatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı, layihənin universitet və ölkə üçün aktuallığı vurğulandı və geniş müzakirələr aparıldı.