2020-ci il sentyabrın 12-də Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə “Dil, Ədəbiyyat və Dilçilik fəlsəfəsi üzrə Beynəlxalq Konfrans (İCPL 2020)” onlayn qaydada keçirdi. 110 müəllifin və həmmüəllifin iştirak etdiyi konfransa 82 məqalə təqdim olunmuşdur. Konfransda yer almış məqalələrin bir hissəsi Azərbaycan (25 məqalə Xəzər Universitetinin, İngilis dili və ədəbiyyatı departamentinin müəllimləri və magistr tələbələri tərəfindən yazılımşıdır), digər qismi isə Rusiya, İran, Gürcüstan, Braziliya, Rumıniya, Bolqarıstan, Ukrayna, Pakistan, Amerika Birləşmiş Ştatları, İraq, Nigeriya, Oman, Yaponiya, Finlandiya, Səudiyyə Ərəbistan kimi ölkələrin tədqiqatçıları tərəfindən göndərilmişdir.
Konfransın açılış mərasimi Xəzər Universitetinin təqdimat videosu ilə başladı daha sonra universitetin rektoru dosent İradə Xəlilova, İngilis dili və ədəbiyyatı departamentinin rəhbəri Dr. Bahman Amani, konfransa dəvət olunan qonaq spiker, Təbriz Universitetinin əməkdaşı Dr. Yaser Hadinin nitqi ilə davam etdi. Açılış mərasimində, həmçinin, İngilis dili və ədəbiyyatı departamentinin Tədqiqat işləri üzrə koordinatoru Milana Abbasova məqalə və panellər haqqında məlumatları iştirakçılarla bölüdşü.
Mərasim Xəzər Universitetinin Kamera orkestrinin ifa etdiyi klassik musiqi ilə yekunlaşdı.
Konfrans 2 sessiyadan ibarət olmaqla, 16 paneldə keçirildi. Hər bir panelin iştirakçıları uğurla öz təqdimatlarını başa vurdular.