2020-ci il iyulun 27-də Xəzər Universiteti Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı fil.ü.f.d., dosent Elza Səmədova Azərbaycan Televiziyasının “Çıxışa doğru” verlişinin canlı efir qonağı oldu. Verlişin mövzusu son günlərdə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin yeni təyin etdiyi Təhsil naziri ilə videogörüş zamanı Azərbaycan təhsilinin inkişaf prioritetləri haqqında səsləndirdiyi fikirlərlərin müzakirəsi ilə əlaqədar idi. E.Səmədova verlişdə beynəlxalq təcrübənin Azərbaycan təhsilinə tətbiqində, iş dünyası və universitetlərin əməkdaşlığının qurulmasında Xəzər Universitetinin təcrübəsinə dair nümunələr paylaşaraq, təhsil sistemindəki mövcud problemlərin həllinə dair təkliflərini səsləndirdi.
Daha geniş məlumatı bu link vasitəsilə əldə etmək olar: