2020-ci il yanvarın 16-dan Xəzər Universiteti və ABŞ-ın Azərbaycandakı səfirliyi arasında tərəfdaşlıq nəticəsində yaradılmış CBELT layihəsi məcburi köçkün məktəblərinin ingilis dili müəllimləri üçün təlimlərə rəsmi olaraq başladı. İyunun 20-dən başlayaraq, təlimlər onlayn olaraq keçirilir. Bu təlim məşğələləri İngilis dili və ədəbiyyatı departamentinin müəllimləri –Gülnur Nəbiyeva, Jalə Hüseynova, Pərvin Kərimova, Pərvanə Babayeva və Səyyarə Quliyeva tərəfindən keçirilir.
Təlimlərdə məcburi köçkün məktəblərindən 100-dən çox müəllim fəal iştirak edir. Onlara yeni strategiyalar və metodlar öyrədilir və öz peşə sahələrində inkişaf etmələri və gündəlik ingilis dili tədris prosesini inkişaf etdirmələri tövsiyə olunur. CBELT layihəsi təcrübəsi və təhsili səviyyəsindən asılı olmayaraq, məcburi köçkün məktəbinin müəllimləri üçün peşəkar seçimdir. Dərslərin sonunda iştirakçıların demo dərs qeydlərini təlimçilərinə göndərmələri və onlayn imtahanlara davam etmələri nəzərdə tutulur. Bu prosedurları uğurla keçdikdən sonra namizədlər Xəzər Universiteti və Amerika səfirliyi tərəfindən sertifikatlar alacaqlar.