Son iki ay ərzində Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzi (KİM) elektron poçt vasitəsilə işçilər arasında pulsuz Faculty Focus bülletenləri paylaşmışdır.
Pulsuz e-bülleteni və xüsusi veb saytı vasitəsilə Faculty Focus ali təhsil üçün, üzbəüz və onlayn olaraq, effektiv tədris strategiyaları dərc edir.
Faculty Focus 2017 MERLOT-ın Faculty Development Classics Mükafatının qalibi olmuşdur və hazırda təhsil bloqlarında Teach100 daily ranking sıralamasında 8-ci yerdədir. Faculty Focus müəllimlərə auditoriyada tətbiq edən metodlarını bölüşmək və digər müəllimlərin dünyada nə etdiklərini öyrənmək üçün vacib bir vasitədir.
KİM bu təşəbbüslə bağlı rəylərinizi bölüşməyinizi xahiş edir.