2020-ci il iyulun 14-də Xəzər Universiteti Həyat elmləri departamentinin müəllim heyəti molekulyar biologiya və biokimya ixtisası üzrə təhsil almaq üçün universitetə müraciət etmiş xarici ölkə vətəndaşlarının onlayn müsahibələrinin aparılmasına başladı. Həyat elmləri departamentində təhsil almaq üçün sənədlər, əsasən, İran, Pakistan, İordaniya və Nigeriyadan olmaqla, ümumilkdə, 8 sənəd daxil olmuşdur. Müsahibələr iyulun 17-nə kimi davam edəcək.