2020-ci il iyulun 8-də Xəzər Universiteti “Xəzər Xəbər” jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balayevin novator.az xəbər portalında “Zərdabinin heykəli... LaQuzu” önündə: Milli mətbuatımızın 145 illiyi ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti, AMEA-nın Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi və Azərbaycan Mətbuat Şurasının nəzərinə…” adlı məqaləsi dərc olunmuşdur.
Məqalədə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin bir zamanlar İçərişəhərdəki Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasının (indiki AMEA Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi) binası qarşısında ucaldılmış heykəlinin hazırda Elmi Mərkəz oradan köçürüldüyünə görə “Shah Palace” otel və restoranının, “LaQuzu” restoranının əhatəsində qalmasından bəhs edilir.
Müəllif, beləliklə də, Zərdabinin heykəlinin namünasib vəziyyətdə qaldığını nəzərə çatdırır və heykəlin Cavid prospektində “Elmlər akademiyası” metro stansiyasının yaxınlığında yerləşən Elmi Mərkəzin önünə köçürülməsini təklif edir.
Məqaləni aşağıdakı linkdə oxumaq olar:
https://novator.az/2020/07/08/z%c9%99rdabinin-heyk%c9%99li-laquzu-onund%c9%99/