2020-ci il iyulun 8-də Microsoft Teams proqramı vasitəsilə Xəzər Universiteti Elmi Şurasının yeni dərs ilində son iclası keçirildi. Universitetin rektoru dosent İradə Xəlilova iclası açaraq, gündəlikdəki ilk məsələ –2019-2020 tədris ilinin yekunları və 2020-2021-ci tədris ilində qarşıda duran vəzifələrlə bağlı məlumat verdi.
İkinci məsələ –cari ilin məzunluğa namizəd tələbələrinin işləri ilə bağlı Təbiət elmləri və mühəndislik fakültəsinin dekan müavini Fəxrəndə Əlimərdanova; İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov; Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova çıxış etdilər və universiteti bitirən məzunlar haqqında məlumatları şura üzvlərinə təqdim etdilər.
Gündəlikdəki üçüncü məsələ –Doktorant və dissertantların dissertasiya mövzusu, elmi rəhbərlərinin təsdiqi və ixtisaslarının dəyişdirilməsi ilə əlaqədar Magistratura, doktorantura və elmi işlər bölməsinin rəhbəri Səidə Şərifovanın məlumatı dinlənildikdən sonra şura üzvlərinin müzakirə olunan məsələlərlə bağlı sualları cavablandırıldı.
Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.
İclasda cari məsələlər də müzakirə olundu.