2020-ci il yanvarında BP Azərbaycan və Bakı Ali Neft Məktəbinin (BANM) iştirakı və maliyyə dəstəyilə yerli universitetlərdə mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin irəliləmələrini dəstəkləmək məqsədilə həyata keçirilən “Mühəndislər üçün iş təhsili” proqramını uğurla başa vurmuş tələbələrə sertifikatların təqdim edilməsi mərasimi, Bakı Ali Neft Məktəbində keçirildi. Tədbirdə UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, BDU, AzTU Universitetinin rektorları, prorektorları və dekanları iştirak edirdilər.
2019-cu ilin noyabrından 2020-ci ilin yanvarına qədər davam edən proqramın bu modulu üçün 220 tələbə müraciət etmişdi. 9 universitetdən 78 tələbə proqramı müvəffəqiyyətlə başa vurdu və sertifikat aldı. Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin beynəlxalq tələbəsi İmtiaz Ahmad (Neft və qaz mühəndisliyi ixtisası, magistratura 1-ci kurs) proqrama seçilmişdi və layihəni başa vuran yeganə beynəlxalq tələbə oldu. Sertifikatları ona BANM-ın rektoru Elmar Qasımov təqdim etdi.
Bundan əlavə, İmtiyaz Ahmad qısa nitqində bu cür fürsəti təmin etdiyi üçün BP və BANM rəhbərliyinə minnətdarlığını, bu layihənin ona BP-Azərbaycan ilə əlaqəli təcrübəli təlimçilərin mühüm iş bacarıqlarını qazanmasına kömək etdiyini bildirdi.