2020-ci il iyunun 19-da Xəzər Universiteti İnkişaf Mərkəzi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə UniLab layihəsi çərçivəsində keçiriləcək “Universitetlər və kompaniyalar: tərəfdaşlıqda çətinliklər və perspektivlər” adlı virtual ölkə konfransına hazırlıqların aparılması ilə bağlı Zoom proqramı vasitəsilə görüş keçirdilər. Görüşdə Xəzər Universitetindən İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, Təbiət elmləri və mühəndislik fakültəsinin dekan müavini Dr. Fəxrəndə Əlimərdanova, Təlim və Tədris Mərkəzinin direktoru Ülkər Bayramova və Karyera Mərkəzinin rəhbəri Fəxrəddin Abdullayev iştirak edirdilər. Virtual görüşün keçirilməsində məqsəd hazırlıq işlərinin hansı səviyyədə getdiyini, qarşıya çıxan çətinliklər və konfransın gündəliyinin hazırlanması haqqında müzakirələrin aparılması idi. Həmçinin, görüşdə qarşıda duran növbəti işlər müəyyənləşdirildi və konfransdan əvvəl virtual platformada test görüşünün keçirilməsinə qərar verildi.