Aqrar əmək bazarı, müasir tələblərə cavab verən, baytarlıq təbabəti sahəsində uğurla çalışa biləcək, dünya baytarlıq elminin və təcrübəsinin nailiyyətlərinə yiyələnmiş mütəxəssislərin hazırlanmasını tələb edir. Beynəlxalq reytinqlərdə (QS və Eduniversal) və Azərbaycan Universitetləri arasında liderlərdən olan Xəzər Universitetində baytarlıq təbabəti ixtisası açılmışdır. Tədris prosesi Amerika və Avropanın qabaqcıl universitetlərinin proqram və təcrübələrinə əsasən, yerli və əcnəbi professorlar/mütəxəssislər tərəfindən aparılır. Universitet tələbələrinə, müxtəlif beynəlxalq mübadilə proqramları, o cümlədən, Erasmus+ və Mevlana proqramları çərçivəsində təhsillərinin bir hissəsini dünyanın tanınmış universitetlərində davam etdirmə, həmçinin, praktik təcrübələrini yerli və beynəlxalq şirkətlərdə keçirmə imkanı yaradır.