2020-ci il iyunun 4-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə British Counsil və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə “Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırıılması” layihəsinin iştirakçılarına “Motivasiya və şəxsi inkişaf” mövzusunda seminar keçdi. Seminar zamanı layihə iştirakçılarının sualları cavablandırılaraq, bundan sonrakı karyera planlamalarında uğurlu addımlar atmaları üçün önəmli məqamlar qeyd olundu.
Seminar iştirakçılar və layihə rəhbərliyi tərəfindən maraqla qarşılandı.