2020-ci il mayın 28-də Avropa Komissiyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadənin təşkilatçılığı ilə Niderland Krallığından olan beynəlxalq dərəcəli ailə, məhkəmə və cinayət mediatorlarının, İngiltərənin Manchester Metropolian Universitetinin məzunları və davranış analitikləri Marjon Kuipers və İngrid de Jongun təqdimatında “Bədən dili və duyğular” adlı vebinar keçirildi.
Vebinarda Xəzər Universitetinin müəllimləri, məzunları, tələbələri iştirak edərək, öz fikirlərini təlimçilərlə müzakirə etdilər.
“MEDIATS” layihəsinin əsas məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirməklə Azərbaycan, Gürcüstan və Ukraynada Avropa təcrübəsindən faydalanaraq, münaqişələrin məhkəməyə qədər obyektiv həllini yaxşılaşdırmaqdan ibarətdir.