2020-ci il mayın 23-də Xəzər Universiteti Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə Psixologiya Elmi-Tədqiqat İnstitutunun keçirdiyi onlayn vebinarda spiker kimi çıxış etdi. “Psixoterapiyada müasir yanaşmalar” mövzusundakı seminarda Nilufər Əlizadə humanistik terapiyanın tarixi, istifadə texnikaları və hədəf qrupu haqqında məlumat verdi.