2020-ci il mayın 25-də Xəzər Universiteti Psixologiya departamentinin müəllimi və elmi işçisi Ülkər İsayeva “Virtual reallıq və sosial neyropsixologiya” mövzusunda onlayn vebinar keçirdi. Xəzər Universiteti tələbələrinin və akademik heyətinin iştirak etdiyi vebinarda psixologiya elmində kifayət qədər önəmli və yeni sahə olan virtual reallığın mövcud psixoloji və sosial problemlərinin araşdırılmasından və həlli yollarından danışan Ulkər İsayeva sonda sualları cavablandırdı.
Vebinar tələbələr və akademik heyət tərəfindən maraqla qarşılandı.