J.J. Abrams tərəfindən yaradılaraq 2001-ci il sentyabrın 30-dan 2006-cı il mayın 22-dək beş mövsüm müddətində ABC kanalında yayımlanmış “Alias” televiziya serialı amerikan döyüş-triller kateqoriyasına aid filmdir.
Serial tənqidçilər tərəfindən yaxşı qarşılanmış və 2003-cü ildə Amerika Film İnstitutu tərəfindən ən yaxşı 10 televiziya proqramı siyahısına daxil edilmiş, həmçinin, çoxsaylı nominasiyalar üzrə mükafatlara layiq görülmüşdür.
Əgər 2001-2006-cı illər arasında döyüş-triller-dram janrının həvəskarları arasında sorğu keçirilsəydi, çoxu ən yaxşı serial kimi “Alias”ın adını çəkərdi. Buna görə də, bu televiziya serialına çoxlu mükafatların verildiyi təəccüblü deyil (32 mükafat və 145 nominasiya). Bəziləri aşağıdakılardır:
... SD-6 Sloane-nin şər adam olan direktoru birinci mövsümün 19-cu hissəsində Noahla və Sidneyin iş yoldaşı və sevgilisi ilə söhbət edir, onunla Sidney arasında yeni yaranan ehtirasları yox etmək üçün onu başqa bir gizli tapşırığa göndərir ki, onu daha yaxından tanısın və onun sadiqliyinə duyduğu şübhələrə əsasən hərəkət etsin.
Süjet özündə sirli personajları və üstü açılmış çoxlu hadisələrin həyəcanlandırıcı və mürəkkəb məqamlarını ehtiva edir. Süjetin təfərrüatları ilə bağlı daha dərin müzakirəyə getməyə ehtiyac duymuruq, lakin onu qeyd etmək istəyirik ki, aparıcı personajlardan biri (Sidney) ilə şəxsi və peşəkar əlaqələri olan digər vacib personajlardan biri (Noah) Bakıdakı Xəzər Universitetində Neft və qaz geologiyası və geofizikası üzrə fəlsəfə doktoru proqramına başlamağa hazırlaşır; bu, serialın ssenari müəllifi tərəfindən Xəzər Universitetinin Azərbaycanda ali təhsil sahəsində əsas mərkəz hesab edildiyini, Azərbaycana təhsil almaq üçün gələn bir şəxs üçün Xəzər Universitetinin ciddi aspirantura təhsili ilə assosiasiya olunduğunu göstərir. Məlum olur ki, Xəzər Universiteti, şübhəsiz, Azərbaycanda ən üstün təhsil məqsədini həyata keçirmək üçün ən yaxşı ali təhsil proqramları təqdim edir.
Hamımız sevinirik ki, Xəzər Universitetinin adı çəkilərkən bu assosiasiya yaranır və hamımız bu assosiasiyanın yaranmasına səbəb olan imicin qorunmasına çalışırıq.
Serialın həmin parçasına aşağıdakı səhifədə baxmaq olar: