“Xəzər Xəbər” jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balayevin “Apostrof, yaxud apostrofu ləğv edənlər üçün bəzi xatırlatmalar” adlı məqaləsi Azərbaycan Yazıçılar Birliyinin orqanı “Azərbaycan” jurnalında (№ 3-4, 2020) “Nəzər nöqtəsi” rubrikasında çap olunub.
Məqalədə apostrofun ləğv edilməsi ilə Azərbaycan dilində, xüsusən dini və klassik ədəbiyyatın yazılışında və qiraətində yaranmış anlaşılmazlıqlar ciddi arqumentlərlə ədəbi ictimaiyyətin nəzərinə çatdırılır.
Müəllif “Azərbaycan Dilinin Orfoqrafiya Normaları”na yeni maddənin salınmasını təklif edir: “Dini və klassik ədəbiyyatda apostrof işlənir”.