2020-ci il mayın 18-də Xəzər Universitetinin yataqxanasında yaşayan yerli və əcnəbi tələbələr üçün Müqəddəs Ramazan ayı ilə əlaqədar iftar yeməyi verildi. İftar yeməyində Xəzər Universitetində təhsil alan və yataqxanada yaşayan İraq, İran. Əfqanıstan, Türkiyə, Pakistan, İndoneziya, Zimbabve və digər ölkələrdən olan tələbələr iştirak etdilər.
İftar yeməyindən sonra tələbələr Müqəddəs Ramazan ayı ilə bağlı fikirlərini bildirdilər. Universitet rəhbərliyinə dərin təşəkkürlərini çatdırmağı xahiş etdilər.