Xəzər Universitetinin doktorantı, eyni zamanda İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Validə Kərimova 2020-ci il mayın 12-13-də Türkiyə İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu tərəfindən keçirilmiş "Akademik yazı və elmi hakimlik" kursunda - seminar və mühazirələr seriyasında iştirak etmişdir. Qeyd edək ki, Türkiyənin Ankara şəhərində keçirilməsi planlaşdırılan kurs pandemiya səbəbi ilə onlayn olaraq Zoom proqramı vasitəsilə təşkil olunmuşdur.
Gənc elm adamlarının elmi tədqiqatları təhlil etmək qabiliyyətlərini inkişaf etdirmək üçün təşkil olunan kursu bu sahənin mütəxəssisləri və beynəlxalq elmi dərəcəli universitet müəllimləri aparırlar. Kursu bitirən namizədlərə sertifikat verilir. İndiyədək 118 mütəxəssis Türkiyə və ölkə xaricində təşkil edilmiş kurslarda iştirak etmişdir.