2020-ci il mayın 7-də British Council-ın təşkilatçılığı ilə Avropa bölgəsindəki 15 ölkənin universitetlərinin “Evdəqal” kampaniyasına səbəb olan Covid-19 zamanı qarşılaşdığı və sonrası məruz qalacağı ümumi problemlər və onların həlli üsullarının müzakirəsinə dair vebinar təşkil olunub. Bu vebinarın mövzusu “Sürətlənən texnologiya: universitet rəhbərliyi tərəfindən universitetin bütün fəaliyyətlərində - təlim, tədris və idarə olunmasında texnologiyalardan istifadə” idi.
Vebinarda İngiltərə, Ukrayna və Azərbaycandan olan natiqlər ən çox maraq doğuran sahələr- distant təhsil modelləri, onlayn tədrisin keyfiyyəti, hazırkı vəziyyətin tələbə və müəllimlərə, eyni zamanda tədqiqat sahəsinə təsirindən danışdılar.
Vebinarın 1-ci hissəsində Lankaster Universitetinin (İngiltərə) nümayəndəsi Simon Guy, Xəzər Universiteti İnkişaf Mərkəzinin Direktoru Raziyə İsayeva, Ukrayna universitetlərindən Roman Shulyk və Ivana Kraincanicın təqdimatla çıxış edərək, onlayn təlim və tədrisdə yaranan çətinliklərdən bəhs etdilər.
İyul ayına qədər davam edəcək vebinarlar hər həftə Zoom vasitəsilə keçirilir.