2020-ci il mayın 4-də Xəzər Universitetinin bir qrup əməkdaşına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Nizami Rayon Komitəsi tərəfindən ərzaq qutuları paylanıldı. Ərzaq yardımını aztəminatlı əməkdaşlara Xəzər Universiteti Həmkarlar Təşkilatının sədri Əlövsət Əmirbəyli təqdim etdi.