2020-ci il aprelin 29-da Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadənin təşkilatçılığı ilə “St. Mary’s Hospital” psixiatrik xəstəxanasının “NHS” tərəfindən təlimlənmiş kliniki sağlamlıq psixoloqu Ezgi Erik ilə departamentin tələbələri ZOOM platformasında “International Comparisons of Psychiatric hospitals” adlı vebinarda görüşdülər.
Tələbələr tərəfindən olduqca maraqla qarşılanan vebinarda iki saat ərzində Türkiyə, İngiltərə və Azərbaycandakı mövcud psixiatrik xəstəxanaların vəziyyəti, ən çox müşahidə olunan xəstəliklər, xəstələrlə baş verə biləcək fövqəladə vəziyyətdən çıxış texnikaları və Covid-19 pandemiyası zamanı xəstəxananın iş rejimi haqqında müzakirələr aparıldı.
Qeyd edək ki, bakalavr və magistr dərəcəsini İngiltərənin Koventri Universitetində bitirən Ezgi Erik hazırda MiddleSex Universitetində təhsilini davam etdirir.