Estoniyada yaşayan həmvətənimiz, 2017-ci ilin aprelində iki estoniyalı həmkarı ilə Xəzər Universitetində təlim keçmiş Sənəm Əliyevanın müəllif proqramı olan "Ocaq" verilişi R4 Estonia İctimai Radiosunda yayımlanır. Veriliş Azərbaycanın tarixi, musiqisi, ədəbiyyatı, təhsili və digər mövzularda vaxtaşırı efirə çıxır. Növbəti buraxılışda Xəzər Universitetinin əməkdaşı Ülkər Bayramovanın distant təhsil məsələlərinə aid müsahibəsi yayımlanıb.
Verilişi bu linkdən dinləmək olar: https://r4.err.ee/1077864/ochag?fbclid=IwAR3kM89sKNDp2XjuydAlk6a_x_IzqEmdI6eOK65HTcfdSwRLk3x_wK5yEOk