2020-ci il aprelin 26-da Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə “The American Councils for International Education”-ın nəzdində həyata keçirilən “Bilik gücdür” Access proqramının “Virtual qonaq” layihəsində “Zamanın idarə olunması” mövzusunda 9-10-11-ci sinif şagirdlərinin iştirak etdiyi vebinarda çıxış etdi.
Ertələmə sindromu, zamanın idarə olunması üçün praktik texnikalar haqqında məlumat verən Nilufər Əlizadə sonda şagirdlərin suallarını cavablandırdı. Qeyd edək ki, layihənin məqsədi şagirdləri müxtəlif sahələrdə çalışan peşəkar insanlarla görüşdürmək və onların şəxsi inkişafına kömək edəcək müxtəlif mövzuları onlayn platformada müzakirə etməkdir.