2020-ci il aprelin 28-də lent.az xəbər portalı “Dünyanın bu günündən xəbərimiz var” başlığı ilə təqvim yazısı dərc edərək, həmin gün anadan olmuş tanınmış şəxsiyyətlər haqqında bioqrafik məlumat vermişdir.
Yazıda polyak mənşəli Amerika tarixçisi, Cənubi Qafqazın öyrənilməsi və xüsusən Azərbaycanın yeni tarixinin tədqiqi üzrə mütəxəssis, Xəzər Universitetinin Fəxri doktoru, Xəzər Universitetində mühazirə oxumuş Tadeuş Sventoxovskinin bioqrafiyası da oxucuların nəzərinə çatdırılmışdır.
Tadeuş Sventoxovski 15 fevral 2017-ci ildə Nyu-Yorkda vəfat edib və vətəni Varşavada dəfn olunmuşdur.