2020-ci il aprelin 24-də Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov nazirliyin aparatının rəhbər işçiləri və ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə keçirdiyi videokonfransda Xəzər Universitetini və Dövlət İqtisad Universitetini son “Times Higher Education Impact Rankings 2020” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri arasında yer almaları münasibətilə təbrik etdi. Nazir bu nəticənin hər iki kollektivin gərgin səyləri sayəsində qazanıldığını vurğuladı və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.