2020-ci il aprelin 20-də Middlesex Universiteti və Xəzər Universiteti Creative Spark Tərəfdaşlıq Fondunun dəstəyi ilə həyata keçirdikləri Creative Spark layihəsi çərçivəsində sahibkarlıq mövzusunda vebinar təşkil etdilər. Middlesex Universitetinin dosenti Dr. Georgios Dafoulasın rəhbərliyi ilə bir saat davam edən vebinar tələbələrə sahibkarlıq nədir, sahibkarlıq növləri və sahibkarlığın inkişafı üçün milli imkanlar barədə məlumat verdi. Dr. Dafoulas “pitch” yarışmasına (biznes-layihələrin təqdimatı) hazırlıq haqqında da məlumat verdi. Raziyə İsayeva Xəzər Universitetində daxili elan olunan “pitch” müsabiqəsi haqqında əlavə məlumat verdi və yarışın linkini paylaşdı.
Xəzər Universitetinin 30-dan çox tələbə və əməkdaşı vebinara qoşulub. Vebinarın materialları - PPT və Video Qeydləri - platformada tələbələr üçün mövcuddur.
Vebinarlar silsiləsi növbəti həftələrdə davam edəcək və Sahibkarlıq sahəsində daha çox mövzu əhatə ediləcəkdir.