2020-ci il aprelin 20-də Xəzər Universitetinin tərəfdaşı olduğu MEDIATS layihəsi çərçivəsində layihənin Azərbaycan tərəfdaşları arasında ZOOM platforması vasitəsilə onlayn görüş keçirilmişdir.
Koronavirus pandemiyası səbəbilə məsafədən keçirilən görüşdə layihənin digər Azərbaycan tərəfdaşı Gəncə Dövlət Universiteti ilə Xəzər Universitetinin əməkdaşları layihə çərçivəsində son iki ayda həyata keçirilmiş işləri və qarşıda duran məsələləri müzakirə etmişlər. Müzakirədə Xəzər Universiteti Siyasi Elmlər və Fəlsəfə Departamentinin müdiri Dr. Elmar Mustafayev, Təlim və Təhsil Mərkəzinin direktoru Ülkər Bayramova və Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri Mələk Kərimova ilə təmsil olunmuşdur.