Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Bu fondun əsas məqsədi koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Xəzər Universiteti dövlət-vətəndaş birliyini əks etdirən bu işə laqeyd qalmamış və Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə dəstəyi vermişdir.
Bu haqda Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi saytında məlumat verilmişdir: