Xəzər Universiteti “İkinci Qurbanlar üzərində işləyən Avropa Tədqiqatçılar Şəbəkəsi” adlı COST layihəsində tərəfdaşlardan biridir. Layihənin məqsədləri dördüncü meyarın (Dörd Hədəf) və onun səhiyyə təşkilatları üçün təsirlərinin müzakirəsini təşviq etmək; İkinci Qurbanlar (İQ) fenomeninin nəzəri konseptualizasiyasını daha da inkişaf etdirmək və onun tərifinə dair ümumi bir anlayış formalaşdırmaq; şəxsi, peşəkar, sosial, hüquqi, iqtisadi və əmək baxımından Neqativ Halın (NH) səhiyyə işçilərinə təsiri və onların nəticələri barədə məlumatlılığı artırmaqdır. Layihə həmçinin hüquqi, etik və təşkilati boşluqların müzakirəsini asanlaşdıran qayda və qanunlarda dəyişikliklərə nail olmaq; səhiyyə sahəsində işçilər üzrə siyasəti təkmilləşdirmək və İQ fenomeninin nəticələrini həll etmək üçün sistem səviyyəsində yeni ölçülər tətbiq etmək məqsədi daşıyır.
Layihəyə İspaniyanın FISABIO - Alicante-Sant Joan Səhiyyə Dairəsi rəhbərlik edir. Layihənin üzvləri İspaniya, İtaliya, Belçika, İrlandiya, Portuqaliya, Slovakiya, Rumıniya, Amerika Birləşmiş Ştatları, Azərbaycan, Hollandiya, Polşa, Bosniya və Herseqovina, Çexiya, Litva və Yaponiya kimi ölkələrdəndir.