2020-cu il martın 9-14-də Avropa Universitetlərinin Davamlı Təhsil Şəbəkəsinin (EUCEN) koordinatoru olduğu “21-ci əsrdə universitetdən əmək bazarına: işə qəbulolunmada bir addım irəli” Erasmus+ (UNILAB, 610245-EPP-1-2019-1-BE-EPPKA2-CBHE-JP) layihəsi çərçivəsində İspaniyanın Barselona şəhərində layihənin ilk idarəedici görüşü keçirilmişdir. Görüşdə Xəzər Universitetindən Təlim-tədris mərkəzinin direktoru Ülkər Bayramova, Təbiət elmləri və mühəndislik fakültəsinin dekan müavini Dr. Fəxrəndə Əlimərdanova və Karyera mərkəzinin koordinatoru Fəxrəddin Abdullayev iştirak etmişlər.
Tədbirdə layihənin Azərbaycandan olan digər tərəfdaşı - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Pompeu Fabra Universiteti (İspaniya), Lille Universiteti (Fransa), Krems Universiteti (Avstriya), Qomel Dövlət Universiteti, Mogilyov Dövlət Universiteti (Belarus), Orenburq Dövlət Universiteti, Sibir Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti və Almeteyvsk Neft Universitetinin (Rusiya) nümayəndələri iştirak etmişlər.
Görüş zamanı layihənin məqsədləri və üç il müddətində layihədə nəzərdə tutulmuş fəaliyyətlər müzakirə edilmiş, hər bir layihə tərəfdaşı olan ölkələrdə universitetlərin işəgötürənlərlə əməkdaşlıq sxemi və hazırda həmin ölkələrdə universitet məzunlarının karyera problemləri və onların həllinə yönəldilmiş məsələlər müzakirə olunmuş, görüşdən öncə müxtəlif işəgötürən təşkilatlarla keçirilmiş sorğuların nəticələri müzakirə olunmuşdur.