Xəzər Universiteti Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı, fil.ü.fəlsəfə doktoru, dosent Elza Səmədova 2020-ci il aprelin 9-da Azərbaycan Televiziyasının "Çıxışa doğru" verilişinin canlı efir qonağı olub.
Verilişdə son günlərdə aktuallaşan distant təhsil məsələsi müzakirə olunub. Dekan Səmədova verilişdə Azərbaycan təhsil sisteminin məsafədən təhsil sisteminə hazırlıqsız olduğunu, mövcud vəziyyətdə isə daha əvvəl nisbətən təlim tədris prosesində İKT-dən istifadə təcrübəsinə sahib olan universitetlərin bu prosesə daha tez və sürətlə adaptasiya olunduğunu ifadə edərək, Xəzər Universitetinin təcrübəsini izləyicilərlə paylaşdı.
Veriliş aşağıdakı linkdə:
https://www.youtube.com/watch?v=iNfEp80nxrU&list=PLOBkCoG0eyX5MmfvH_Ji8ul1egqZeEWv0&index=1