2020-ci il aprelin 2-də AZƏRTAC Xəzər Universitetində “Microsoft Teams” platforması ilə siniflər təşkil edilməsi haqqında xəbər yayıb.
Xəbərdə qeyd olunur ki, Təhsil Nazirliyi təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə “Microsoft Teams” platformasından istifadə olunmasını təklif edəndən sonra artıq Xəzər Universitetinin müəllimləri “Skype”, “Zoom” proqramları ilə yanaşı “Microsoft Teams” platformasından istifadə etməyə başlayıblar. Fakültələrdə “Microsoft Teams” platforması ilə siniflər təşkil edilib və müəllimlərə təqdim olunub. Hazırda dərslər semestr üçün nəzərdə tutulan cədvəl üzrə keçirilir.
Xəbəri aşağıdakı link vasitəsilə oxumaq olar: