Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin Mexanika mühəndisliyi departamentinin müəllimi Dr. Ramin Xamedinin həmmüəllifi olduğu "Pitting Corrosion Behavior of CUSTOM 450 Stainless Steel Using Electrochemical Characterization” ("CUSTOM 450 paslanmayan poladın elektrokimyəvi xarakterizasiyasından istifadə edərək yerli korroziyanın davranışı") adlı məqaləsi Metals and Materials (“Metal və materiallar”) beynəlxalq jurnalında (Q1 Web of Science Master Journal siyahısı) dərc olunmuşdur.
Bu tədqiqat işi Dr. Ramin Xamedinin və onun həmkarı – Dr. Esmail Poursaeidi-nin rəhbərliyi altında Zəncan Universitetində (İran İslam Respublikası) iki doktorant tələbənin dissertasiyalarının nəticələrindən biridir. Məqaləni aşağıdakı link vasitəsilə oxumaq olar:
https://link.springer.com/article/10.1007/s12540-020-00640-w#citea