Əziz tələbələr!
Hal-hazırda yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar müvəqqəti olaraq, qeyri-adi bir həyat rejiminə keçmişik. Bu günə olan məlumata görə, dünya üzrə yarım milyondan çox insan bu xəstəliyə tutulmuş və 26 mindən çox insan həyatını itirmişdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bunun “səhiyyədə qlobal fövqəladə hal” (pandemiya) kimi olduğunu vurğulamışdır. Əgər əvvəllər qlobal yayılan infeksion xəstəliklərin tarixinə nəzər salsaq, qeyd edilən rəqəmlər çox aşağıdır. Lakin bu rəqəmlər hər gün artır və artan pandemiya halının qarşısının vaxtında alınması bizim öz əlimizdədir. Xəstəliyin yayılma zəncirinin qırılması üçün evdə qalmaq, xəstəliyin ilkin əlamətlərini hiss etdikdə isə özünü karantində saxlamaq və ÜST-ün təlimatlarına əməl etmək vacibdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti infeksiyanın qarşısını almaq məqsədi ilə insanların evdə qalmaları haqqında bir neçə qərar çıxarmışdır (https://cabmin.gov.az/az/article/747/).
Azərbaycan Respublikası Təhsil Nazirliyi təlim-tədris prosesinin məsafədən təşkil etmək məqsədi ilə “Microsoft Teams” platformasından istifadə edilməsini təklif etmişdir.
Yaz tətilinə çıxmamışdan əvvəl artıq Xəzər Universitetinin bir neçə müəllimi “Skype”, “Zoom” proqramlarından və “Microsoft Teams” platformasından istifadə etməyə başlamışdır.
Fakültələr artıq “Microsoft Teams” platforması ilə siniflər təşkil edərək, müəllimlərə təqdim etmişdir. Burada vəziyyətin belə olması nəzərdə tutulur:
Mart ayının 23-də Universitetin bütün idarə heyəti görüş keçirərək, hal-hazırdakı durumu qiymətləndirmiş, təlim-tədris prosesinin məsafədən keyfiyyətli təşkili (semestrin müddəti, testlər və imtahanların keçirilməsi üsulları, onların vaxtlarının müəyyən edilməsi, dərslərin monitorinqi və statistik məlumatların toplanması və s.) haqqında universitetin yeni fəaliyyət planının hazırlanması məqsədini qarşıya qoymuşdur. Bu təkliflər tezliklə hazırlanıb sizə təqdim olunacaqdır.
Fakültələrdə dərslərin təşkili ilə məşğul olan şəxslər müəyyənləşdirilmişdir. Onların əlaqə məlumatları aşağıdakılardır. Xahiş olunur ki, e-mail yazışmalarına üstünlük verilsin və yalnız təcili ehtiyac duyulsa, əlaqələndirici şəxslərə iş saatlarına uyğun vaxtlarda zəng edilsin:
Xanım Öməroğlu
Tel.: 055 221 65 74
E-mail: khnabiyeva@khazar.org
Vəfa Aslanova
Tel: 070 973 72 63
E-mail: vaslanova@khazar.org
Aygun Verdiyeva
Tel: 055 877 19 86
E-mail: averdiyeva@khazar.org
Bildiyiniz kimi, Xəzər Universiteti təlim-tədris prosesinin keyfiyyətli aparılmasına, həmçinin universitet işçilərinin və tələbələrin sağlamlığına böyük həssaslıqla yanaşır. Bunun üçün xahiş olunur ki, evdə qalaraq səhhətinizə diqqət yetirin, e-mailinizi hər gün açıb universitetin təlimatlarını diqqətlə izləyin, məsafədən dərslərinizə qoşulub çalışın və bir-birinizdən xəbər tutun. Hər hansı sualınız yaranarsa, aidiyyatı olan şəxslərə müraciət edin.
Təhlükəsiz və sağlam qalın,
İradə Xəlilova
Rektor