Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin doktorantı Raziyə İsayevanın həmmüəllifi olduğu "Tələbələrin dialoqa baxışları: keyfiyyətə zəmanət prosesində tələbə iştirakının təkmilləşdirilməsi" adlı məqalə beynəlxalq səviyyəli Quality in Higher Education (“Ali Təhsildə Keyfiyyət”) jurnalında çap olunub.
Müəllifin Tallin Universitetində (Estoniya) keçirdiyi tədqiqat mübadiləsi dövründə həmin universitetini tədqiqatçılar qrupu ilə əməkdaşlığı əsasında yazılmış məqalədə tələbələrin keyfiyyətə zəmanət prosesinə cəlb olunmasının zəruriliyi, bu müddət ərzində qurulacaq dialoqun aktuallığı və tələbələrin qarşılıqlı münasibətlərə nə dərəcədə hazır olduqları araşdırılır.
Məqaləni bu linkdə oxumaq olar:
https://www.tandfonline.com/doi/full/10.1080/13538322.2020.1729307