2020-ci il martın 23-də ölkənin bir sıra saytları hazırda Kanadada yaşayıb işləyən, Xəzər Universitetinin keçmiş müəllimi Yusif Savalan haqqında Elman Eldaroğlunun “Azərbaycan musiqisini Kanadada təbliğ edən müğənni” adlı məqaləsi çap edilmişdir. Məqalədə Yusif Savalanın Kanadada Azərbaycan musiqisini geniş təbliğ etməsindən, yeni yaratdığı “Xəzər nəfəsi” estrada orkestrinin uğurlarından bəhs edilir.
Qeyd edək ki, Yusif Savalan 2003-2006-cı illərdə Bakıda yaşayarkən “Lider” televiziyasında . çalışmaqla yanaşı, Xəzər Universitetində fransız və ingilis dillərini də tədris edib.
Məqalə Yusif Savalanın doğum günü münasibətilə çap edilmişdir. Müğənnini təbrik edir, həyatında və musiqi fəaliyyətində ona uğurlar arzulayırıq.
https://www.moderator.az/news/316380.html
https://www.ens.az/az/azerbaycan-musiqisini-kanadada-teblig-eden-mugenni
https://www.yeniavaz.com/az/news/index/133819/azerbaycan-musiqisini-kanadada-teblig-eden-mugenni