21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə “Dünya” məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi Günay Mirzəliyevanın rəhbərliyi ilə 7-ci sinif şagirdlərinin “Səslərin ən incəsi – Azərbaycan türkcəsi” adlı tədbiri keçirildi.
Tədbirdə iştirak edən şagirdlər tarixi mənbələrə və qaynaqlara istinad edərək, anadilli poeziyadan nümunələr səsləndirdilər. “Dədə Qorqud”dan Azərbaycan Himninədək Azərbaycan dilinin keçdiyi çətin və şərəfli yolu öz şagird düşüncələri ilə dilə gətirdilər, dilimizi sevməyi və onu yad ünsürlərdən qorumağı bir daha vurğuladılar.