2020-ci il martın 3-dən 10-dək Xəzər Universitetinin Həyat elmləri departamentinin müdiri Asəf Ömərov BMT-nin FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsinin təlimlərində iştirak etdi. Təlimi niderlanlı alim, süni mayalama mütəxəssisi Jorc Streys aparırdı. Təlimləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İnam Kərimov, nazir müavini İlham Quliyev, ADAU-nun rektoru İbrahim Cəfərov və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak və digər rəsmilər izləyirdilər. Təlimin sonunda təlimi iştirakçıları sertifikat ilə təltif olundular.