Xəzər Universitetinin nəşri olan Khazar Journal of Humanities and Social Sciences (“Xəzər Humanitar və Sosial Elmlər Jurnalı”) Asian Digital Library`nin (Asiya Digital Kitabxanası) siyahısında yerləşdirilib. Asian Digital Library elmi-tədqiqat ictimaiyyətinin ehtiyaclarının təmin olunması üçün axtarışın mövcud olduğu, rəydən keçmiş məqalələrin yerləşdiyi databazaya məhdudiyyətsiz girişi təmin edən platformadır. Hazırda, ADL`in databazasında 4000-dən artıq rəydən keçmiş jurnal indekslənmişdir.
Jurnalı ADL`in databazasında aşağıdakı keçid vasitəsilə axtarmaq olar:
https://theadl.com/journal.php?search=Khazar Journal of Humanities and Social Sciences
Asian Digital Library haqqında daha ətraflı məlumat bu linkdədir: https://theadl.com