2020-ci il fevralın 12-də məktəbin Azərbaycan, ingilis və rus bölmələrinin dördüncü sinif şagirdləri arasında “Həmrəylik festivalı” adlı idman yarışı keçirildi. Yarışın keçirilməsində məqsəd bölmələrarası əməkdaşlığın artırılması idi. Hər üç bölmənin şagirdləri yarışda həvəslə iştirak etdilər, yarış maraqlı məqamlarla yadda qaldı.