2020-ci il fevralın 15-də “Dünya” məktəbində əməkdaşlıq məqsədilə Banu uşaq bağçasının rəhbərliyi və valideynləri ilə görüş keçirildi. Görüşdə valideynlərə məktəbin fəaliyyəti barədə məlumat verildi, onları maraqlandıran suallar ətrafında müzakirələr keçirildi.
Məktəbin maddi-texniki bazası ilə tanış olan valideynlər görüşdən çox məmnun qaldıqlarını səmimi sözlərlə ifadə etdilər.