2020-ci il fevralın 20-də “Dünya” məktəbində rus bölməsi 4-cü siniflərinin şagirdlərinin iştirakı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirildi. Tədbirin məqsədi şagirdlərin Azərbaycan dili dərslərində aldıqları biliklərin yoxlanılması və təkmilləşdirilməsi idi.
Şagirdlər tematik kompozisiyalar nümayiş etdirdilər, Azərbaycan dilində şeirlər söylədilər, tapmacalara cavab verdilər, “Söz dünyasında” adlı oyun keçirdilər. Onlar hər bir xalqın həyatında ana dilinin ən mühüm amil olması haqqında məlumat əldə etdilər.