“Dünya” məktəbinin Azərbaycan bölməsinin 6-cı sinif şagirdlərinin Xocalı faciəsi ərəfəsində Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil olundu. Məktəbin tarix müəllimləri Lamiə Mədətli, Vahid Həsənov, eyni zamanda sinif rəhbəri Həmidə Aslanova şagirdlərə mövzu ilə əlaqədar geniş məlumat verdilər. Muzeydəki Xocalıya aid guşə qarşısında müzakirələr aparıldı, fikirlər səsləndirildi.