2020-ci il fevralın 25-də Turan İnformasiya Agentliyinin yaydığı xəbərdə bildirilir ki, Monqolustan Təhsil Nazirliyinin Ali Təhsil Siyasəti Departamentinin rəsmi nümayəndəsi Bayar Duqarsuren Azərbaycan Təhsil Nazirliyinə birgə layihələrin inkişafı haqqında təklif yer alan rəsmi məktub göndərib. Məktubda təmsil etdiyi departamentin adından Monqolustandan olan tələbələr üçün 10 pulsuz yer ayırmağı xahiş edir.
Xəbərdə qeyd olunur ki, Duqarsuren`in Turan Agentliyinə verdiyi məlumata görə, o, ali məktəblərin reytinqində Azərbaycan universitetləri arasında lider olan Xəzər Universitetinə böyük maraq göstərir.
Xəbəri bu linkdə oxumaq olar:
http://www.contact.az/ext/news/2020/2/free/Culture/az/87543.htm